06.11.2019

“09 noyabr - Bayraq Günü”  ilə bağlı  esse  yazı müsabiqəsinin rayon mərhələsi keçirilib

          Noyabrın 5-də Hacıqabul rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə  “09 noyabr - Bayraq Günü”  ilə bağlı  esse  yazı müsabiqəsinin rayon mərhələsi keçirilib.  Rayon mərhələsində ümumtəhsil məktəblərinin  VIII-XI sinif şagirdlərindən, hər məktəbdən bir nəfər olmaqla  33  nəfər şagird  iştirak edib.

Rayon mərhələsində  iştirak edən  şagirdlərə “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Bayraq mənliyimdir, bayraq qürurum”  adlı  esse yazmaq təklif olunub. Bayraq Gününə həsr olunmuş esse müsabiqəsində I yeri tutan şagirdin yazısı yerli “Hacıqabul”  qəzetində dərc olunması nəzərdə tutulub.   


Açar sözlər: