05.11.2019

Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramov Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

04 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Naziri cənab Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Görüşdə  Hacıqabul rayonunun ümumtəhsil məktəblərində çalışan bir qrup  gənc müəllimlər  də iştirak ediblər.

Təhsil Naziri Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Ceyhun Bayramov müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin  stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov tədbirin davamında iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil Naziri çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 


Açar sözlər: