12.11.2019

Hacıqabul rayonunda  “Məktəblilər arasında Respublika Çempionat”nın rayon mərhələsi keçirilir

               22 oktyabr  2019-cu il tarixdən məktəblilər arasında Respublika Çempionatının rayon mərhələsinə start verilmişdir.

            31 oktyabr-1 noyabr 2019-cu il tarixdə  2004-2005-ci il təvəllüdlü oğlanlar arasında basketbol idman növü üzrə keçirilən yarış şəhər 10 saylı tam orta məktəbin idman zalında keçirilmişdir. Bu yarışda iştirak edən 18 komanda üzrə 54 şagird iştirak etmişdir. I yeri Qarasu kənd tam orta məktəbi, II yeri  Muğan qəsəbə tam orta məktəbi, III yeri şəhər 9 saylı tam orta məktəbi tutmuşdur. I yeri tutmuş Qarasu kənd tam orta məktəbin komandası 03-04 aprel 2020-ci il tarixdə Şirvan şəhərində keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanmışdır.

05-09 noyabr 2019-cu il tarixdə II,III və IV sinif şagirdləri arasında şahmat idman növü üzrə yarış Uşaq Gənclər İdman-Şahmat məktəbində  keçirilmişdir. Bu yarışda iştirak edən 6 komandadan hər biri 3 oğlan 3 qız olmaqla 36  şagird iştirak etmişdir. I yeri şəhər 5 saylı tam orta məktəbi, II yeri şəhər 1 saylı tam orta məktəbi, III yeri Abdulabad kənd tam orta məktəbi tutmuşdur. I yeri tutmuş şəhər 5 saylı tam orta məktəbin komandası 13-17 aprel 2020-ci il tarixdə Ucar rayonunda keçiriləcək zona yarışında iştirak etmək hüququ qazanmışdır.

I.II.III yeri tutmuş  komandalar rayon Təhsil Şöbəsi tərəfindən qiymətli hədiyyə və diplomla təltif edilmişdir.


Açar sözlər: