18.11.2019

 “Ölkəmizi tanıyaq” tur- aksiyasının növbəti mərhələsinə start verildi

Hacıqabulda “Ölkəmizi tanıyaq” tur- aksiyasının növbəti mərhələsinə start verildi

Hacıqabul rayonunda orta ümumtəhsil məktəblərinin 9-10-11-ci siniflərində təhsil alan məktəblilərin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi noyabrın 18-də təşkil olunub.
            İlk öncə rayon İcra Hakimiyyəti başçısı Əhməd Muxtarov məktəblilərlə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzdülər. İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov baş tutacaq tur-aksiya ilə bağlı məktəblilərə vətənimizin dilbər guşələrinin, eləcə də gedəcəkləri regionlarımızın təbiəti, tarixi abidələri və mədəniyyətləri barədə əldə etdikləri biliklərin onların intelektual bacarıqlarının artırılması fonunda əvəzsiz rol oynayacağını vurğuladı. Məktəblilər ağacəkmə aksiyasında iştrak etdikdən sonra “Ölkəmizi tanıyaq” şüarı altında Qəbələ, Şəki, Zaqatala marşurutu üzrə yola düşdülər.


Açar sözlər: