12.12.2019

Azərbaycan xalqının dahi oğlu  Heydər Əliyevin  anım mərasimi keçirilmişdir

Hacıqabul rayon Təhsil Şöbəsində rayon Təhsil Şöbəsi və İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  ulu öndər, Azərbaycan xalqının dahi oğlu  Heydər Əliyevin  anım mərasimi keçirilmişdir.

 Tədbirdə rayon Təhsil Şöbəsinin  aparat işçiləri,   rayonun ümumtəhsil müəssisələrinin  rəhbərləri  iştirak edirdilər. Tədbirir giriş sözü ilə  RTŞ-nın müdiri  Şükür Məmmədov açdı. 

Tədbirdə  rayon İcra Hakimiyyəti   Başçısının  müavini  Zeynəb Yunuslu  çıxış etdi.  Rayonun təhsil müəssisə rəhbərlərindən  Qarasu kənd tam orta məktəbinin direktoru  Zərəngiz Abasova,  Navahı qəsəbə 2  saylı tam orta məktəbin direktoru Zaur Qasımov, şəhər 5 saylı tam orta məktəbin direktoru  Gülüstan Almazova çıxış etdilər.  Çıxış edənlər   Ulu   Öndərin misilsiz xidmətlərindən  ətraflı  və geniş  məlumat verdilər.  


Açar sözlər: