24.12.2019

Təhsil Nazirinin müavini  Məhəbbət Vəliyeva Hacıqabul rayonunda görüş keçirib

Azərbaycan Respublikası Təhsil Nazirinin müavini  Məhəbbət Vəliyeva Hacıqabul rayon Heydər Əliyev Mərkəzində  Hacıqabul, Kürdəmir rayon  və Şirvan şəhər   Təhsil Şöbəsi  müdirlərinin  hesabatlarını dinləmiş,  sonra isə   M.Vəliyeva   həmin rayonlardan   dəvət olunmuş məktəb rəhbərləri ilə  geniş  müşavirə keçirmişdir. 

Müşavirədən sonra  M.Vəliyeva  Təhsil Nazirliyi tərəfindən təltif olunmuş  bir qrup təhsil işçisinə Təhsil Nazirliyininn  Fəxri Fərmanı  və  Qabaqcıl Təhsil İşçisi döş nişanını  təqdim etmişdir. 


Açar sözlər: ,  ,