17.01.2020

20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Hacıqabul rayon Təhsil Şöbəsi, Uşaq Gənclər İnkişaf Mərkəzi və Hacıqabul TİAHİ-nın birgə əməkdaşlığı ilə silsilə tədbirlər keçirilib.

Hacıqabul rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə şeir, rəsm müsabiqəsi, inşa müsabiqəsi keçirilib.Eyni zamanda 20 Yanvar hadisəsinə həsr olunmuş dəyirmi masa, ədəbi-bədii kompazisiya keçirilib.

Bununla yanaşı Hacıqabul rayon ümumtəhsil məktəblərində Tədbirlər Planı tərtib olunub, buna müvafiq olaraq bir sıra tədbirlər təşkil olunub. Tədbirlərdə vətənə, şəhidlərimizə aid şeirlər səsləndirilib. Şagirdlərə hüzn günü ilə bağlı məlumatlar verilib.


Açar sözlər: ,  ,