10.02.2020

Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirilib

    Qarasu kənd tam orta məktəbində xalqın mübariz oğlu, Azərbaycanın milli qəhrəmanı, millətimizin qüruru Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə məktəbin ibtidai sinif müəllimi Ruhəngiz Səfərova 1a sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyanı şagirdlərə təqdim etdi. Tədbirdə şəhidin göstərdiyi şücaət və qəhrəmanlıq dilə gətirildi. Şəhidə həsr olunmuş video-çarx və qəhrəman əsgərlərə həsr olunmuş filmdən fraqmentlər nümayiş olundu. Kiçik yaşlı məktəblilər şəhidimizi daim yad edəcəklərinə söz verdilər.


Açar sözlər: ,