26.02.2020

Fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş  elmi-praktik konfrans keçirilib

         ​Hacıqabul rayon İcra Hakimiyyəti və  Təhsil Şöbəsinin   birgə  təşkilatçılığı ilə  26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə  həsr olunmuş elmi-praktik konfrans keçirildi. Tədbirdə rayonun 160-dan çox təhsil işçisi iştirak edirdi. Tədbir iştirakçıları  Xocalı faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.Tədbirdə  İcra Hakimiyyəti başçısının müavini  Zeynəb Yunuslu,  Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, Talış kənd tam orta məktəbin direktoru Mehman Əmiraslanov, Navahı qəsəbə 2 saylı tam orta məktəbin  direktoru  Zaur Qasımov və  Udulu kənd tam orta məktəbinin  direktor müavini  Eldar Rzayev Xocalı faciəsinin baş vermə səbəblərini və hadisənin dəhşətləri haqqında  ətraflı və məzmunlu  çıxış etdilər.

    Tədbirdə Xocalı faicəsinin  baş vermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri  vəhşiliklər barədə  danışıldı. Bildirildi ki,  Xocalı soyqırımının  dünyaya  tanıdılması  istiqamətində  dövlətimiz tərəfindən  məqsədyönlü iş aparılır, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin  kökləri, səbəbləri və nəticələri barədə  daha geniş məlumatlandırılır. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə həyata keçirilələn “Xocalıya ədalət”  beynəlxalq  kampaniyası böyük əhəmiyyət daşıyır.


Açar sözlər: ,