02.03.2020

“Həmkardan  Həmkara   dəstək”  kitabının təqdimatı  keçirildi

 Martın 2-də Hacıqabul  rayon  10 saylı  tam orta məktəbin akt zalında rayon Təhsil Şöbəsi tərəfindən Fiziki Tərbiyə müəllimlərinə “Həmkardan  Həmkara   dəstək”  kitabının təqdimatı  keçirildi.

 Tədbirdə rayonun ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, məktəb direktorları və Şirvan şəhər  ümumtəhsil məktəblərindən bir qrup fiziki tərbiyə müəllimləri və məktəb direktorları iştirak etdilər. Tədbirin açılışını  Uşaq Gənclər İdman-Şahmat Məktəbiin direktoru Rabil Taqğıyev edərək kitab haqqında qısa mlumat verdi.Sonra isə kitab haqqında videorolik  nümayiş etdirildi. Bundan sonra söz kitabın müəllifləri Şirvan şəhər 16 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Mehrəliyev Nuray Nuğay oğlu, Hacıqabul rayonu Kürçülü kənd ümumi tam orta məktəbin fiziki tərbiyə müəllimi Babayev Nurəddin Eldar  oğlu və Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin fiziki tərbiyə müəllimi Mustafayev Hüseyn Ələsgər  oğluna verilmişdir. Onlar kitab haqqıında tədbir iştirakçılarına geniş məlumat verdilər və eyni zamanda tədbir iştirakçılarından bir neçə nəfər çıxış edərək  kitab haqqında öz fikirlərini  söyləyərək müəlliflərə uğurlar  arzuladılar.

          Sonda kitabın  müəllifləri  tədbirin  yüksək səviyyədə keçirilməsini təşkil edən rayon Təhsil  Şöbəsinin müdiri Ş.Məmmədova öz təşəkkürlərini bildirdilər


Açar sözlər: