16.04.2020

Məktəb rəhbərləri ilə videokonfrans keçirilmişdir

 Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin rəhbərləri ilə videokonfrans keçirilmişdir. Videokonfransda teledərslərin təbliğ olunması, teledərslərlə bağlı aparılmış araşdırmların nəticələri, virtual.edu.az saytında qeydiyyatdan keçmiş şagirdlərlə bağlı nəticələr  müzakirə olunmuşdur.  Məktəb rəhbərlərilə aparılmış müzakirələr zamanı rayonun əksər  məktəblərində  müəllimlərin şagirdlərlə  onlayn dərs keçmələri,  keçilən onlayn dərslərə daha çox şagirdin cəlb olunması, bu dərslərin keyfiyyəti barədə fikir  mübadiləsi aparılmışdır. Sonda məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır


Açar sözlər: ,