20.04.2020

Karonavirus pandemiyası ilə əlaqədar Hacıqabul rayonunda müntəzəm və ardıcıl işlər həyata keçirilir

            Karonavirus pandemiyası ilə əlaqədar ümumtəhsil məktəblərində elan olunmuş tətil günlərində Təhsil Nazirliyinin yaxından köməkliyi ilə təşkil olunmuş teledərslərin təbliğ olunması və şagirdlərin həmin teledərslərə cəlb olunması istiqamətində Hacıqabul rayonunda müntəzəm və ardıcıl işlər həyata keçirilir. Teledərslərin gündəlik dərs cədvəli məktəb rəhbərləri tərəfindən yaradılmış WatsApp qruplarında yerləşdirilməklə müəllimlərə, müəllimlər vasitəsilə şagirdlərə və onların valideynlərinə çatdırılır.

Məktəb rəhbərləri tərəfindən şagirdlərin bu dərsləri izləməsi vəziyyəti araşdırılır və müvafiq tədbirlər görülür.

Bundan əlavə şagirdlərin tədrisdən geri qalmaması məqsədilə müəllimlər tərəfindən müxtəlif proqramların tətbiqi yolu ilə şagirdlərlə onlayn dərslər təşkil olunur.


Açar sözlər: ,  ,  ,