28.04.2020

Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən videomüşavirə keçirilmişdir

Aprelin 27-də Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil məktəblərinin rəhbərləri ilə videomüşavirə keçirilmişdir.

 Videomüşavirədə rayon üzrə yaradılmış operativ qərargahın tövsiyyə və tapşırıqları, virtual.edu.az  saytında müəllim və şagirdlərin qeydiyyatının mövcud vəziyyəti, novbəti tədris ili 1-ci sinfə qəbul olunacaq uşaqların elektron sənəd qəbulu üzrə sorğuların yerləşdirilmə vəziyyəti ilə bağlı nəticələr  müzakirə olunmuşdur.

Sonda məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılmışdır.

 


Açar sözlər: ,