08.05.2020

Məktəblərarası virtual görüş keçirilib

               Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Sara Şirinovanın təşəbbüsü ilə məktəbin  4 b sinif şagirdləri və Cəbrayıl rayon  N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Könül Hacıyevanın təşkilatçılığı ilə həmin məktəbin  4-cü sinif şagirdləri arasında virtual görüş keçirilmişdir.

Görüşdə hər iki məktəbin şagirdləri bir-biri ilə tanış olmuş, hərbi vətənpərvərlik mövzusunda  şeirlər söyləmişlər. Hacıqabul və Cəbrayıl rayonu  məktəbliləri bir-birlərinə öz rayonları haqqında məlumatlar vermişlər. Eləcə də hacıqabullu şagirdlər Cocuq Mərcanlıdakı yaşıdlarının yaşayış tərzi, atəş səsləri altında olan həyatlarına aid maraqlı suallar vermişlər. Şuşanın işğalı eləcə də, faşizm üzərində Qələbənin ildönümü ərəfəsində baş tutan görüşdə hacıqabullu şagirdlər üçün ən maraqlı məqam Lələtəpə yüksəkliyində dalğalanan Azərbaycan bayrağını internet resurslarının imkanları sayəsində virtual olaraq  seyr etmək oldu. Virtual görüş şagirdlərimizin  vətənpərvərlik tərbiyəsində  əhəmiyyətli rol oynadı.


Açar sözlər: ,