01.06.2020

1 İyun – Uşaqların Beynəlaxalq Müdafiəsi Günüdür

İyunun 1-i  Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ölkəmizdə  uşaq problemləri daim diqqət mərkəzindədir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev  uşaqlara dövlət səviyyəsində qayğını  həmişə diqqətdə saxlayırdı. İndi də uşaqlara qayğı ildən –ilə  artır.

Ölkə Prezidenti İlham Əliyev cənabları uşaqların sağlam və firavan böyüməsini,  dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edir. Dünyanı, ən güclü ölkələrin COVİD-19  virusi ilə mübarizə  apardığı, iqtisadi böhranın bürüdüyü bir vaxtda, hətta   dövlətlərin   ən vacib sosial xərclərin ödəmək qabiliyyətini itirdiyi halda respublikamız  Prezident İlham Əliyevin  rəhbərliyi ilə bütün hallarda vətəndaşların, vətənin gələcəyi olan uşaqların qayğısını çəkmək  seçimi edib. Prezident İlham Əliyev qeyd etdiyi kimi “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, sağlam olmalı, milli ruhda tərbiyə almalıdır, öz doğma vətəninə  bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi  də parlaq olacaqdır”

COVİD-19 pandemiyası ilə əlaqədar  Vətənimizin üzləşlidiyi çətinliklər dövründə respublikada  təhsil davam edirdi. Koronovirus COVİD-19   pandemiya dövrundə elektron tədbirlərə tələb artdı. Hacıqabul rayonun təhsili  də  onlayn tədbirlərində iştirak edirdi. Belə ki, şagirdlərimiz  “Evdə qalaq, evdə yaradaq” əl işi nominasiyasında, Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə  “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində  iştirak etmişdi. Bundan başqa  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar onlayn rəsm və şeir müsabiqələri də  keçirilmişdir. Məktəb rəhbərləri dərs ili ərzində keçirilən  zona və  respublika miqyaslı  yarış, turnir və müsabiqələrində  fəal iştirak edən   şagirdlərdən  22 nəfəri Diplomla təltif olunmuşdur.

Əziz uşaqlar 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə   təbrik edir, Sizlərə sevinc dolu  sağlam günlər  arzulayırıq.

 

 

 

 


Açar sözlər: ,