02.05.2016

Ingilis dili fənni  üzrə seminar keçirilmişdir.

         Hacıqabul rayon Təhsil Şöbəsinin metodkabinetinin təşkil etdiyi ingilis dili müəllimlərinin  seminarı şəhər 10 saylı tam orta məktəbdə keçirilmişdir. Hacıqabul rayonu ümumtəhsil məktəblərinin ingilis dili müəllimlərinin iştirakı ilə keçirilən seminar şəhər 10 saylı tam orta məktəbin ingilis dili müəllimi G.İsgəndərovanın VII  sinfində “Məşhur musiqiçilər” mövzusunda  nümunəvi dərsi ilə başlamışdır.        

          Nümunəvi dərsdə şagirdlərin ingilis dilini optimal öyrənməsi üçün tətbiq olunan üsul və vasitələr nümayiş etdirilmişdir. Seminar “Xarici dildə ünsiyyət  bacarıqlarının formalaşmasında dialoqlardan istifadənin  rolu” şəhər 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Zərnigar Abdullayevanın, “Xarici dil dərslərinidə İKT-dən istifadə ” şəhər 3 saylı tam orta məktəbin xarici dil müəllimi Təranə Qasımovanın  məruzəsi dinlənilməsi, mövzular ətrafında  xarici dil   müəllimlərinin müakirəsi ilə davam etmişdir. Müəllimlər ingilis dilini şagirdlərin daha yaxşı öyrənməsi istiqamətində rəy və təkliflərini irəli sürmüşlər. Seminarda müasir təlim metodlarından, tədrisdə tətbiq olunan İKT-nin imkanlarından daha səmərəli şəkildə tətbiq edilməsi sahəsində fikirlərini bildirmişlər.


Açar sözlər: ,  ,