Şuşa şəhərinin və Azərbaycan Respublikasının digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barəda maarifləndirici tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020/2021-ci dərs ili üçün Fəaliyyət Planına uyğun olaraq Hacıqabul RTŞ üzrə rayonun təhsil müəssisələri rəhbərləri ilə video konfrans keçirilmişdir.
Konfransda Təhsil Nazirliyinin F-512 nömrəli 16.11.2020-ci il tarixli əmrinin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin vətən müharibəsi dövründə Azərbaycan dövlətinin Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verilmişdir.