02.03.2021

Ümumdünya Mülki Müdafiə Günü həsr olunmuş onlayn müşavirə keçirildi

Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.

01.03.2021-ci il tarixində Hacıqabul RTŞ tərəfindən onlayn müşavirə keçirilmişdir.Rayonun ümumtəhsil məktəblərinin  rəhbərləri, hərbi rəhbərlərin iştirak etdiyi görüşdə Mülki Müdafiə məşğələlərindən, bu məşğələlərdə öyrədilən biliklərin möhkəmləndirilməsindən, bununla yanaşı həm də, şagirdlərin bacarıqlarının üzə çıxarılmasından və onlarda öz qüvvələrinə inam yaradılmasından bəhs edildi.


Açar sözlər: ,