11.03.2021

"Narkomaniya və onun aspektləri" mövzusunda metodiki material hazırlandı

         Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İŞ PLANI-na əsasən  Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində Hacıqabul rayonunda  fəaliyyət göstərən təhsil müəssisələrində tədbirlər həyata keçirilir. Pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası üzrə Hacıqabul RTŞ tərəfindən "Narkomaniya və onun aspektləri" mövzusunda metodiki material hazırlanmışdır.

        Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin psixoloqu Yaqut Yüzbaşıyeva tərəfindən hazırlanan metodiki materialda narkomaniya nədir?, narkomaniyanın fəsadları və narkomaniyanın yaranmasının psixoloji səbəbləri haqqında ətraflı məlumatlar verilmişdir.


Açar sözlər: ,