29.03.2021

"N.Gəncəvi-880 illik dəyər" adlı intellektual bilik yarışnın I turu keçirilmişdir

        Hacıqabul RTŞ  xətti ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planına əsasən N.Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar vasitəsilə təbliği məqsədilə "N.Gəncəvi-880 illik dəyər" adlı intellektual bilik yarışnın I turu keçirilmişdir. Bilik yarışı rayonun ümumtəhsil məktəblərinin VIII sinfində təhsil alan şagirdlər arasında keçirilmişdir.

        Onlayn formada keçirilən yarışmanın I turu 28-29 mart tarixlərində baş tutdu.40 nəfər  şagirdin iştirak etdiyi bilik yarışında 15 nəfər şagird yüksək nəticə göstərərək növbəti turda iştirak hüququ qazandı.


Açar sözlər: ,  ,