19.04.2021

Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş rus dili və ədəbiyyatı olimpiadası keçirildi

Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən 19 aprel 2021-ci il tarixdə şəhər 4 nömrəli tam orta məktəbdə rus bölməsinin VII-IX sinif şagirdləri arasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş rus dili və ədəbiyyatı olimpiadasının I turu keçirildi. 

I turda 21 nəfər şagird iştirak etmidi. 3 nəfər şagird yüksək nəticə toplayaraq növbəti turda iştirak üçün haqq qazandı.