26.04.2021

"Məktəbdə psixoloji işin təşkili" mövzusunda maarifləndirici vebinar keçirildi

Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi məqsədi ilə rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və məktəbdənkənarvə sinifdənxaric işlər üzrə direktor müavinləri ilə (təşkilatçılarla) "Məktəbdə psixoloji işin təşkili" mövzusunda maarifləndirici vebinar keçirildi.

Vebninarda məktəbdə psixoloji işin təşkili barədə tədbir iştiakçılarını məlumatlandırıldı. Psixoloji iş nədir ?,uşaqların yaş dövrlərinə uyğun davranış formaları, problemlərin yaranma səbəbləri, klinik xəstəliklər və s. kimi mövzulardakı çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılandı.


Açar sözlər: ,