29.04.2021

"Kitabxana işinin təşkili" mövzununda onlayn seminar-müşavirə  keçirilmişdir

       Hacıqabul rayon Təhsil Şöbəsi tərəfindən rayon ümumtəhsil müəssisələrində fəaliyyət göstərən kitabxanaçılarla 29 aprel 2021-ci il tarixdə saat 11:00-da "Kitabxana işinin təşkili" mövzununda onlayn seminar-müşavirə  keçirilmişdir.Seminar-müşavirədə dərslik tələbatının, dərslik çatışmazlığının, "İnventar kitabı"nın işlənməsi və kitabxana xətti ilə tədbirlərinin keçirilməsi kimi məsələlər müzakirə edilmişdir. Sonda müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.


Açar sözlər: ,