06.05.2021

Hacıqabul rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş təhsil işçilərilə görüş keçirilmişdir

      Faşizm üzərində qələbənin 76 -cı ildönümü ərəfəsində Hacıqabul rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş təhsil işçilərilə görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən döyüşlərdə şəhid olmuş vətən oğullarının əziz xatirəsi yad edilmiş, vətən müharibəsində iştirak etmiş təhsil işçiləri 44 günlük müharibədə keçdikləri döyüş yollarından söz açmışlar.

      Sonda vətən müharibəsi iştirakçılarına Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.


Açar sözlər: ,