23.06.2021

"Yay məktəbi" çərçivəsində  ekskursiyalar təşkil edilib

    23 iyun 2021-ci il tarixdə Hacıqabul rayon Tarix Diyarşünaslıq muzeyi tərəfindən "26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri günü" münasibəti ilə sərgi təşkil edilib. "Yay məktəbi" çərçivəsində Hacıqabul rayonu üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələri şagirdlərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə sərgiyə ekskursiyalar təşkil edilib.

    Ekskursiya zamanı şagirdlər qədim dövrə aid silahlarla, medallar və nişanlarla yaxından tanış olub, qəhrəmanlarımız haqqında ətraflı məlumat əldə ediblər.Muzeydə hərbi-vətənpərvərlik mövzusunda dərslər təşkil olunub


Açar sözlər: ,