02.07.2021

Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə

Almaniyanın Dortmund şəhərində keçirilən sərbəst güləş üzrə gənclərin Avropa çempionatında milli yığma komandanın tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər. 

 

“Təhsil”  Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Turan Bayramov və Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin yetirməsi Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 

 

Abşeron rayon uşaq-gənlər idman-şahmat məktəbinin digər yetirməsi Aydın Əhmədov isə Avropa çempionatının gümüş medalına layiq görülüb.