01.10.2021

“Gələcəyin mühəndisi” III Respublika müsabiqəsi keçirilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Tusi-Bohm planetariumun birgə əməkdaşlığı ilə 2021-ci il 30 sentyabr tarixində Beynəlxalq “Asteroid Günü”nə həsr olunmuş “Gələcəyin mühəndisi” III Respublika müsabiqəsi keçirilib. Elm və dizayn nominasiyaları üzrə aparılan “Gələcəyin mühəndisi” müsabiqəsində Hacıqabul rayon Navahı kənd tam orta məktəbinin  VIII sinif şagirdi Cəbrayıllı Xətai dizayn nominasiyası üzrə II yerə layiq görülüb.

 

Qeyd edək ki, “Gələcəyin mühəndisi” III Respublika müsabiqəsinin keçirilməsində məqsəd iştirakçıların astronomik biliklərinin əhatəsini genişləndirmək, onların kosmik sənayeyə marağını artırmaq və bu sahədə bacarıqlı kadrların aşkarlanmasından ibarətdir.


Açar sözlər: ,