27.09.2021

Anım Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib

Sentyabrın 26-dа Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Anım Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib.Turnir müxtəlif yaş qrupları, çəki dərəcələri və kəmər sahibləri uşaqlar və yeniyetmələr  arasında olub. Turnirdə Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin III sinif şagirdi Baxşiyev Ağaməli qara kəmər qazanıb.Həmçinin, Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İsgəndərli Ramil I yerə, II sinif şagirdi İsgəndərli Ağagül və IX sinif şagirdi Abuzərov Xaspolad isə II yerə layiq görülüb.


Açar sözlər: ,