06.10.2021

"Zəfər yolu " inşa müsabiqəsinin rayon mərhələsi keçirilib

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 sentyabr 2021-ci il tarixli F-455 nömrəli əmrinə əsasən Hacıqabul rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Zəfər yolu " inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

 

Müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.

 

Qeyd edək ki, inşa müsabiqəsi Hacıqabul rayonu üzrə bütün ümumi təhsil müəssisələrində keçirilib.


Açar sözlər: ,  ,