05.11.2021

Məktəblilərarası "Böyük qayıdış" təqdimat müsabiqəsi keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-429 nömrəli əmri ilə təsdiq edilmiş "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı"-na müvafiq olaraq Hacıqabul rayon Təhsil Şöbəsinin tədbirlər planının icrası ilə bağlı olaraq rayon üzrə məktəblilərarası "Böyük qayıdış" təqdimat müsabiqəsi keçirilib.
    Tədbirdə Hacıqabul Rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, II Qarabağ müharibəsində iştirak edən təhsil işçiləri, müəllim və şagirdlər iştirak edib.Hacıqabul RTŞ-nin müdiri B.Ələkbərov ölkəmizin ərazi bütövlüyü uğrunda ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlər, müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət haqqında çıxış edib. O, öz çıxışında Azərbaycan ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsi, Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi istiqamətində ümumi təhsil müəssisələrində görülən işlər haqqında da məlumat verib.
    Müsabiqədə ümumilikdə 33 nəfər şagird olmaqla 10 ümumtəhsil müəssisəsi iştirak edib. Müsabiqə iştirakçıları II Qarabağ müharibəsi zamanı müzəffər ordumuzun uğurları, işğaldan azad olunmuş bölgələrimizin tarixi, coğrafiyası, flora və faunası, tarixi şəxsiyyətləri  və s. mövzularda hazırladıqları təqdimatlarını nümayiş etdirib. 
    Müsabiqədə I yerə "Dəmir yumruq əməliyyatı" təqdimatı ilə Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbin komandası, II yerə "Şuşa" təqdimatı ilə Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin komandası, III yerə isə "Zəngilan" təqdimatı ilə Hacıqabul 2 nömrəli tam orta məktəb layiq görülüb. Müsabiqənin bütün iştirakçılarına diplom və hədiyyələr təqdim edilib.

 


Açar sözlər: ,  ,