09.11.2021

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi

    Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsinə start verilib.

    Hacıqabul rayonu üzrə 347 nəfər şagird layihədə iştirak edib. İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Hərbi Qənimətlər Parkına, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna və Qobustan Milli Tarixi-Bədii Qoruğuna təşkil olunub.Ekskursiyalarda rayon və kəndlərdən olan şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internatdan olan məktəblilər iştirak edib.

    Qeyd edək ki, layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir. Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.