Şükür Ömürmalı oğlu Məmmədov
Müdir
1955-ci il aprel ayının 1-də Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur.1972-ci ildə şəhər 5 saylı (indiki 1 saylı tam orta) orta məktəbi bitirmişdir.
1976-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Qazıməmməd şəhər 5 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildə irəli çəkilərək Qazıməmməd şəhər 8 saylı natamam orta (indiki 5 saylı tam orta) məktəbə direktor təyin olunmuşdur. 1993-cü ildə irəli çəkilərək Hacıqabul rayon Təhsil Şöbəsinin müdir müavini təyin edilmişdir. 2001-ci ildən Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.
1983-cü ildə gənc nəslin təlim-tərbiyəsində fəal iştirakına görə Azərbaycan Respublikası Maarif Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1990-1995-ci illərdə Hacıqabul rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Hacıqabul rayon təşkilatının sədr müavinidir. Rayon Ziyalılar Cəmiyyətinin sədridir.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.